Sentyabr 2025-ci il üçün Azərbaycanda istehlak kreditləri üzrə ən sərfəli təkliflər açıqlanıb.
Finss.az avqust 2025 siyahısının məlumatlarına əsasən xəbər verir ki, əsas banklar, kredit məbləği, illik faiz dərəcəsi, komissiya və kredit müddətləri müəyyənləşib.
Məlumata görə:
- Unibank – 300–50 000 AZN məbləğində kreditlər, 9,5% illik faiz, komissiyasız
- Bank of Baku, Expressbank və Turan Bank – 9,9% illik faiz
- Access Bank – 500–40 000 AZN
- Bank Respublika – 200–50 000 AZN
- AFB Bank – 500–50 000 AZN
- Rabitəbank – 300–30 000 AZN
- VTB Bank, Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı – 300–50 000 AZN
- Yelo Bank – 400–50 000 AZN
- Paşa Bank – 2 000–50 000 AZN
Komissiya əsasən 0%, bəzi banklarda isə 0–3% aralığında dəyişir. Kredit müddətləri 3–60 ay arasında təklif olunur.
Ekspertlər bildirir ki, sentyabr ayında Expressbank, Bank of Baku və Turan Bank-da aktiv kampaniyalar mövcuddur və faiz dərəcələri 9,9%-ə qədər endirilmişdir. Minimal faizlə kredit almaq istəyənlər üçün Unibank ən əlverişli seçim hesab olunur.
Vətəndaşlar bankların rəsmi saytlarına daxil olaraq şərtləri öyrənə və müraciət edə bilərlər.
Fuad Mədətov
Finss.az